Вернуться назад Распечатать

Tanınmış istintaqçı “Abu Dhabi Grand Slam Jiu-Jitsu”nun çempionu oldu - Foto

İyunun 20-21-də Türkiyənin İstanbul şəhərində keçirilən nüfuzlu “Abu Dhabi Grand Slam Jiu-Jitsu World Tour 2026-2027” turnirində Azərbaycan nəhəngi Rəsul Abbasov birinci yeri tutaraq qızıl medal qazanıb.

1xeber.media xəbər verir ki, ən ağır çəki kateqoriyasında (-120 Super Heavyweight, Master 1) iştirak edərək mükafatçılar sırasına yüksələn Rəsul Abbasov gərgin final üzləşmələrində erməniəsilli Rusiya idmançısı İsrail Mgdesyanı (“Abdullaev Team”), ardınca Moldova təmsilçisi Serghei Culisi (“Aranha Jiu Jitsu”) məğlub edərək turnirin birincisi olub. 

Bütün rəqibləri özündən 10-15 yaş daha gənc olmasına baxmayaraq, “Renzo Gracie Academy Azerbaijan” bayrağı altında yarışan 44 yaşlı təcrübəli idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıb.

2025-ci il turnirində Rəsul Abbasov Fransanı təmsil edən Bacha Karimlə qarşılaşmada yüksək fərqlə qalib gələrək bürünc medala sahiblənmişdi.

Xatırladaq ki, “Abu Dhabi Grand Slam Jiu-Jitsu Dünya Turu”, BƏƏ Jui-Jitsu Federasiyası (UAEJJF) və Abu Dhabi Jiu-Jitsu Pro (AJP) tərəfindən 2015-ci ildən etibarən həyata keçirilən, dünya üzrə aparıcı idmançıları bir araya gətirən beynəlxalq turnir seriyasıdır.

Qeyd edək ki, Azərbaycan hüquq ictimaiyyəti Rəsul Abbasovu nüfuzlu istintaqçı kimi tanıyır.