26-28 iyun tarixlərində Litvanın Trakay şəhərində akademik avarçəkmə üzrə 64-cü “Amber Oars” beynəlxalq reqatası keçiriləcək.
1xeber.media xəbər verir ki, ölkəmizi reqatada beş idmançı - Ziya Məmmədzadə, Nurlan Paşayev, Azər İlyasov, İsabala Dadaşzadə və Murad Abbaslı təmsil edəcəklər.
Komandamız yarışa baş məşqçi Volodimir Morozovun rəhbərliyi ilə yollanacaq.
Qeyd edək ki, “Amber Oars” beynəlxalq reqatası avarçəkmə idman növü üzrə ənənəvi beynəlxalq yarışlardan biri hesab olunur.



