Restoran, rəqs, çəkiliş, dron, şarlar, gül-çiçəklər, vinetka və s.
Bu haqda Könül Aypara özünün FB səhifəsində yazıb. Müəllif daha sonra yazır:
Ən maraqlı məqam:
"Müəllimlərlə sağollaşma pulu" yığılıb.
Təsəvvur edin, 140 azn lik "sağollaşma" pulu!
Sanki pul yığılıb verilməsə, sağollaşmayacaqlar o şagirdlə.
Bir məqam da var:
"Son zəng" tədbiri üçün yığıncağın məkanı olaraq "Ay işığı" restoranı üçün hər şagirddən 150 AZN pul yığılıb.
Restorana zəng vuran valideynlərin biri deyir ki, adminstratorun özü şoka düşüb ki, bu rəqəm hardan çıxıb? Normal stol bir nəfər üçün 60-65 azn təşkil edir bizdə, sizdən niyə 150 azn yığılıb ki?!
İndi baxın, hesablayın 11-cilərdən nə qədər pul qazanıb müəllimlər də, direktor da. Hər sinifdə azı 25-30 şagird var, məktəbdə də 3-4 11-lər var.
Emin Əmrullayev ölçü götürün bu yesirlərinizlə! Hər il eyni dərd, hər il eyni problem! Təhsil qalıb kənarda, mənasız işlərlə məşğuldur işçiləriniz.
1xeber.media olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.