Вернуться назад Распечатать

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qazaxıstanın Pavlodar vilayətində Mi-8 AMT helikopteri sərt eniş edib. Təyyarədə 13 nəfər olub və itki ilə bağlı məlumatlar dəqiqləşdirilir.

1xeber.media xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təyyarədə beş heyət üzvü və səkkiz sərnişin olub.

"Qəza nəticəsində ölən olmayıb. Yaralılar barədə məlumat hazırda dəqiqləşdirilir", - deyə mətbuat xidməti bildirib.