"Bank sektorunda ən vacib məsələ etibardır. Belə hadisələr təkcə bir banka yox, bütövlükdə bank sisteminə olan etimada zərbə vurur".
1xeber.media xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, illərlə qazanılan etibarı itirmək bir anlıq məsələdir, amma onu yenidən bərpa etmək illər çəkə bilər:
"Ona görə də banklar təhlükəsizlik sistemlərinə, proqram təminatının yenilənməsinə, güclü texniki infrastruktura və peşəkar mütəxəssislərə daha çox vəsait ayırmalıdırlar. Bu, xərc deyil, müştərinin etimadına qoyulan investisiyadır", - deyə iqtisadçı bildirib.