Ukrayna Silahlı Qüvvələrinin dronları sərhəddən 1500 kilometrdən çox məsafədə yerləşən Ufaya hücum edib.
1xeber.media xəbər verir ki, bu barədə Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov özünün Telegram kanalında məlumat verib.
"Müdafiə Nazirliyi və müəssisənin təhlükəsizlik xidməti tərəfindən Ufaya daha bir dron hücumu dəf edilib", Xabirov yazıb.
Onun sözlərinə görə, hücum nəticəsində heç kim xəsarət almayıb. Dronların qalıqları sənaye zonasına düşüb, lakin müəssisənin texnoloji prosesləri pozulmayıb. Mütəxəssislər hadisə yerində işləyirlər.
Krım rəhbəri Sergey Aksyonov daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Simferopol rayonunun Denisovka kəndində və Krasnoqvardeyski rayonunda gecə hücumu nəticəsində bir yetkin və bir uşağın öldüyünü bildirmişdi. Həmçinin iki nəfər yaralanıb.