Вернуться назад Распечатать

“General-mayor” ali hərbi rütbəsi alan Elçin Abdullayev kimdir? – Dosye

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

1xeber.media yenisabah.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin polkovnik rütbəsi daşıyan 5 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib.

“General-mayor” ali hərbi rütbəsi alan hərbçilərdən biri Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayevdir. Marqarita pizza

O, 2024-cü ilin avqust ayının 16-da Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi təyin edilib.

Polkovnik E.Abdullayev bu vəzifədə general-mayor Hüseyn Mahmudovu əvəzləyib.