Вернуться назад Распечатать

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

Rusiya Daşkəndi israrla Avrasiya İqtisadi Birliyinə üzv etməyə çalışır, Azərbaycanla bağlı plan nə... 

“Rusiyanın baş naziri Mixail Mişustinin iyunun ortalarında Daşkəndə səfəri Özbəkistanın Avrasiya İqtisadi Birliyinə (AİB) mümkün qoşulması ilə bağlı müzakirələri bir daha ön plana çıxardı. Özbəkistanın ittifaqa tamhüquqlu üzvlüyü məsələsi Moskva və Daşkənd arasındakı münasibətlərdə əsas intriqası olaraq qalır”.

1xeber.media xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazır.“Niyə Özbəkistanın AİB-ə tamhüquqlu üzv kimi qoşulması məsələsi hazırda fəal şəkildə qaldırılır” sualı haqda “nəşr belə yazır: “Bu, Moskva və Daşkənd arasındakı münasibətlərin hazırkı təbiətindən irəli gəlir. Son 10 ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 13 milyard dollara çatıb. Digər tərəfdən, Özbəkistanın birliyin daimi üzvü kimi inteqrasiyası məsələsinin qaldırılması və mediada aktiv iştirakı postsovet məkanında Rusiya üçün ümumilikdə müsbət olmayan tendensiyalara cavabdır. Ermənistanla bağlı son hadisələr və onun Avropaya inteqrasiya istəkləri təkcə təsir məsələsini deyil, həm də Rusiyanın regiondakı hərbi, siyasi və iqtisadi proseslərə ənənəvi olaraq aparıcı təsir göstərən bir oyunçu kimi imicini ortaya qoyur”.
Nəşrin təhlilində deyilir ki, Özbəkistanın Aİİ-yə tam inteqrasiyası sadəcə Rusiyanın ən böyük tərəfdaşlarından birini öz təsir dairəsində saxlamaq cəhdi deyil, həm də imic məsələsidir. Lakin Özbəkistan müşahidəçi statusundan ittifaqda tam üzvlüyə keçməyə tələsmir. Bundan əlavə, Özbəkistan nümayəndələri Ümumdünya Ticarət Təşkilatına qoşulmağa prioritet diqqət yetirdiklərini gizlətmirlər.
Nəşr yazır ki, bu şəraitdə miqrasiya məsələsi Rusiya üçün təsir vasitəsi kimi xidmət edə bilər. 2025-ci ildə xarici ölkələrdən Özbəkistana edilən pul köçürmələri ölkənin ÜDM-nin 14%-dən çoxunu təşkil edib. Rusiya pul köçürmələridə liderdir və ümumi axının 78%-ni təşkil edir. Lakin, Aİİ üzvü olmayan Özbəkistan vətəndaşlarından iş icazəsi alması tələb olunur. Tam üzvlük təkcə icazə tələbini deyil, həm də xarici işçilərin payına və ya işəgötürən kvotalarına dair mövcud federal məhdudiyyətləri aradan qaldırır. Eyni zamanda, onlar Rusiya vətəndaşları ilə bərabər səviyyədə sosial və tibbi sığortaya çıxış əldə edirlər.

"Azərbaycan Aİİ-nə daxil olan dövlətlərlə yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Bu əməkdaşlıq tərəflərin iqtisadi maraqlarına cavab verir. Azərbaycanın iqtisadi potensialı qarşılıqlı iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə imkan verir".
1xeber.media xəbər verir ki, bu sözləri “Azərbaycan Avrasiya Logistika Mərkəzi kimi: AİB və Cənubi Qafqazın maraqlarının uzlaşdırılması” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.
Məlumdur ki, 2018–2024-cü illərdə Rusiya və Aİİ rəsmiləri bir neçə dəfə Azərbaycanın ittifaqa qoşulmasının arzuolunan olduğunu bəyan etsələr də, rəsmi Bakı bu çağırışlara qəti müsbət və ya mənfi cavab verməyərək məsafəli davranıb. Prezident İlham Əliyev müxtəlif çıxışlarında Azərbaycanın bir çox ölkələrlə ikitərəfli formatda səmərəli iqtisadi əməkdaşlıq qurduğunu və mövcud modeldən razılığını qeyd edib. 
Bu yaxınlarda Rusiyanın Azərbaycanın Aİİ ilə yaxınlaşmasına hərtərəfli dəstək verməyə hazır olduğunu bəyan edən xarici işlər nazirinin müavini Mixail Qaluzin hesab edib ki, bu, ümumi Avrasiya məkanında artıq formalaşmış iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edər. Onun fikrincə, belə bir yaxınlaşma Azərbaycan iqtisadiyyatı üçün də müsbət nəticələr verər. Çünki ölkə vahid mal bazarının üstünlüklərindən yararlanmaq imkanı əldə edər, həmçinin nəqliyyat, xidmətlər və investisiyalar sahəsində əməkdaşlığını genişləndirmək imkanı qazanar.