2023-cü ilin əvvəlindən indiyədək 254 yeni hakim təyinatı olub.
1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu hakimliyə namizədlərlə keçirilən test imtahanı çərçivəsində jurnalistlərə açıqlamasında Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib.
O deyib ki, hazırda ölkəmizdə 705 məhkəmə hakimi fəaliyyət göstərir. "Vakant yerlərə yeni təyinatların aparılması məqsədilə hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz davam etdirilir. Hazırda 67 hakimliyə namizədlə müsahibələr artıq yekunlaşdırılıb. Yaxın zamanda müvəffəqiyyət qazanmış namizədlərlə bağlı nəticələr elan ediləcək", - deyə K.Mansurov əlavə edib.
K.Mansurov hakim olmaq arzusunda olan hüquqşünasları imtahanlarda daha fəal iştiraka dəvət edib.