Britaniya Kolumbiyasında turistləri daşıyan qayıq batıb.
1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, hadisə Riçmond sahillərində qeydə alınıb.
Bildirilir ki, qayıqda 10 nəfər olub, dörd nəfər xilas edilib, qalanlarının axtarışı isə davam edir. Axtarış əməliyyatına Kanada Hərbi Hava Qüvvələrinin helikopterləri və təyyarələri də cəlb olunub.