Qəbələ Rayon İcra Hakimiyyəti 1xeber.media-da yayımlanan Sarıhacallı kəndinin yollarının bərbad vəziyyətdə olması və rəsmi qurumların məsələyə laqeyd yanaşması ilə bağlı xəbərə rəsmi şəkildə cavab verib.
İcra Hakimiyyətindən verilən rəsmi məlumata görə, Sarıhacallı kənddaxili yolları Yeni Dizaxlı Bələdiyyəsi tərəfindən müvafiq cari təmir işlərindən keçib. Lakin iddia edildiyi kimi işlərin qanunsuz və ya keyfiyyətsiz görülməsi faktı reallığı əks etdirmir. Belə ki, təmirdən dərhal sonra rayonda müşahidə olunan güclü yağıntılı hava şəraiti yolun bir neçə hissəsində çökmələrə və çuxurların yaranmasına səbəb olub. Bu isə hər bir tikinti və bərpa prosesində baş verə biləcək təbii və fors-major bir hal kimi qiymətləndirilir.
Məlumatda bildirilir ki,Sarıhacallı kənddaxili yollarının cari vəziyyəti ilk gündən İcra Hakimiyyətinin birbaşa nəzarətinə götürülüb.