Вернуться назад Распечатать

Hərbi Hava Qüvvələrində xidmət etmək istəyən şəxslərin nəzərinə

Milli Müdafiə Universiteti Hərbi Hava Qüvvələri ixtisasları üzrə "Zabit hazırlığı kursu"na sənəd qəbuluna başlayıb.

1xeber.media xəbər verir ki, kursa ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş, yaşı 35-dək olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları müraciət edə bilərlər. Sənəd qəbulu cari ilin 29 iyun - 13 iyul tarixlərində həyata keçiriləcək.

Namizədlər ilkin mərhələdə hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi üçün Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilirlər. Hərbi Həkim Komissiyasının qərarı ilə xidmətə yararlı hesab edilən şəxslər müsabiqə mərhələsinə buraxılırlar. Müsabiqə zamanı namizədlərin fərdi-psixoloji durumu, fiziki hazırlığı, ümumi bilik səviyyəsi və ixtisas uyğunluğu yoxlanılır.

Tələb olunan ixtisaslar:
- Radioelektron mübarizə;
- Hava hücumundan müdafiə;
- Aviasiya;
- Meteoroloq;
- Rabitə.

Hərbi uçot ixtisaslarının ali təhsil ixtisaslarına uyğunluğu barədə ətraflı məlumatı mmu.edu.az saytının "Təhsil müəssisələrinə qəbul" bölməsindəki "Zabit hazırlığı kursu" hissəsindən əldə etmək mümkündür.

Tələb olunan sənədlər:

Namizədlər elektron sənəd qəbulu portalı vasitəsilə müraciət etməli, ərizə, anket forması, tərcümeyi-hal, təhsil sənədlərinin surətləri, şəxsiyyət vəsiqəsi, hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti və müvafiq dispanserlərdən (psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi) qeydiyyatda olub-olmaması barədə arayışları təqdim etməlidirlər.
Vacib qeyd: Məhkumluğunun ödənilməsindən asılı olmayaraq, əvvəllər məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri tövsiyə olunur.

Əlaqə məlumatları:
Telefon: (012) 404-18-45
Çağrı mərkəzi: *0811
E-poçt: [email protected]
Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13, AZ1065