Вернуться назад Распечатать

Azərbaycan “Uşaq Avroviziya 2026” müsabiqəsində iştirak etməyəcək

Azərbaycan 2026-cı ildə Maltada keçiriləcək “Uşaq Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcək.

1xeber.media xəbər verir ki, məlumatı İctimai Televiziyanın (İTV) mətbuat xidmətinin rəhbəri Turab Teymurov “ESC Plus” portalına təsdiqləyib.

Bildirilib ki, Azərbaycan bu ilki müsabiqəyə qatılmayacaq. Qərarın səbəbi isə açıqlanmayıb.