Вернуться назад Распечатать

İsveçrə millisi dünya çempionatında yeni rekorda imza atıb

Futbol üzrə İsveçrə millisi dünya çempionatında komanda rekorduna imza atıb.

1xeber.media Opta-ya istinadən xəbər verir ki, 1/16 final mərhələsinin Əlcəzairlə oyununda hesabı açan Avropa təmsilçisi mundiallar tarixində ardıcıl 4-cü matçda ilk qolu vuran yeganə komanda olub.

İsveçrəlilər qrup mərhələsində Qətər, Bosniya və Herseqovina və Kanada ilə görüşlərdə də hesabı açmışdılar.

Qeyd edək ki, İsveçrə - Əlcəzair oyununda ilk hissədən sonra hesab avropalıların xeyrinədir – 1:0.