"Venesuelanın La-Quayra ştatının demək olar ki, bütün vəzifəli şəxsləri baş verən şiddətli zəlzələlərdə həlak olublar".
1xeber.media xəbər verir ki, bunu Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Delsi Rodriqes mətbuat konfransında deyib.
O, bildirib ki, "Venesuelada təbii fəlakətdən sonra təcili yardım sistemləri dərhal işə salınıb. La-Quayra ştatındakı demək olar ki, bütün vəzifəli şəxslər həlak olub və 189 bina tamamilə dağılıb. Zəlzələlər nəticəsində ölənlərin sayı 2595 nəfərə çatıb".
Rodriqes neçə nəfərin itkin düşdüyü barədə məlumatı açıqlamayıb. Qeyri-rəsmi media məlumatlarına görə, itkin düşənlərin sayı təxminən 38.500 nəfərdir.
Onun sözlərinə görə, "axtarış və xilasetmə işləri hələ də davam edir.
Xatırladaq ki, 25 iyun tarixində ölkədə iki ardıcıl - 7,2 və 7,5 bal gücündə zəlzələ baş verib.