Вернуться назад Распечатать

Tehranda Xameneinin vida mərasimi başlayıb - VİDEO

İranın mərhum Ali Dini Lideri Əli Xameneinin və ailəsi ilə Tehranda vida  mərasimi başlayıb. 

1xeber.media xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. 

Qeyd olunur ki, Xamenei ailəsinin tabutları Tehranın Böyük Mosallasına aparılıb (İranın paytaxtında yerləşən nəhəng ictimai və dini ibadət mərkəzidir, - red). 

Məlumata görə, mərasimdə Rusiya, Çin, Pakistan, Hindistan, Azərbaycan və Kuba da daxil olmaqla 30-dan çox ölkədən yüksək vəzifəli şəxslər və nümayəndələr iştirak edəcək. 

İran rəsmilərinin məlumatına görə, dəfn mərasimində 15-20 milyon insanın iştirak edəcəyi gözlənilir.