Ukraynanın bir neçə bölgəsində təcili elektrik kəsintiləri tətbiq edilib.
1xeber.media xəbər verir ki, bu barədə milli enerji şirkəti olan "Ukrenergo" özünün Telegram kanalında məlumat verib.
Bəyanatda deyilir: "İsti havada yüksək enerji istehlakı və avadanlıqların həddindən artıq yüklənməsi səbəbindən Ukraynanın bir neçə bölgəsində təcili elektrik kəsintiləri tətbiq edilib".
Bunlara Kiyev, Xarkov, Odessa və bir neçə digər bölgə daxildir.
Bir müddət əvvəl Ukrayna Kommunal Xidmətlər İstehlakçıları Birliyinin rəhbəri Oleq Popenko yayda Ukraynada elektrik kəsintilərinin 10-12 saata qədər davam edə biləcəyini bildirmişdi.