Вернуться назад Распечатать

Nazirin müşavirinə yeni vəzifə verildi

Kənd təsərrüfatı nazirinin müşaviri Yusifov Pərviz Ramiz oğlu vəzifəsindən azad edilib.

1xeber.media  xəbər verir ki, P. Yusifova nazirlikdə yeni vəzifə verilib.

Belə ki, o, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə rəhbər təyin olunub.

Qeyd edək ki, P. Yusifov ötən ilin avqust ayında kənd təsərrüfatı nazirinin müşaviri təyin edilmişdi. Ondan öncə isə “Agro Food Investments” MMC-nin törəmə şirkəti olan “GrandAgro-Invitro” MMC-nin baş icraçı direktoru vəzifəsində işləyib.