Bu gündən etibarən Gürcüstanda ilk dəfə olaraq sərnişin qatarlarında sərnişinlərin təhlükəsizliyi Təhlükəsizlik Polisi tərəfindən təmin olunacaq.
1xeber.media xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayıb.
Məlumata görə, Təhlükəsizlik Polisi İdarəsi ölkə üzrə 76 obyektdə fəaliyyət göstərəcək. Qurumun 818 əməkdaşı strateji əhəmiyyət daşıyan dəmir yolu körpülərinin, tunellərin, depoların, dəmir yolu stansiyalarının və digər infrastruktur obyektlərinin mühafizəsini sutka ərzində fasiləsiz həyata keçirəcək.