Вернуться назад Распечатать

Müctəba Xamenei niyə atasının vida mərasimində iştirak etməyəcək? – Səbəb açıqlandı

Müctəba Xamenei niyə atasının vida mərasimində iştirak etməyəcək? – Səbəb açıqlandı

İranın yeni ali lideri olduğu iddia edilən Müctəba Xameneinin təhlükəsizlik səbəbindən atası Əli Xameneinin vida mərasimində iştirak etməyəcəyi bildirilib.

1xeber.media xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik risklərinin yüksək olması səbəbindən Müctəba Xamenei mərasimə qatılmamaq qərarı verib. Bildirilir ki, onun ictimaiyyət qarşısına çıxışı hazırda maksimum dərəcədə məhdudlaşdırılıb və təhlükəsizliyinin təmin olunması məqsədilə ciddi mühafizə tədbirləri görülür.

Qeyd olunur ki, İran rəhbərliyində baş verən dəyişikliklər və regiondakı gərgin vəziyyət fonunda yüksək vəzifəli şəxslərin təhlükəsizliyi xüsusi nəzarətdə saxlanılır.

Mənbə: Iran International / Globalinfo.az