Вернуться назад Распечатать

Nəriman Həsənzadə hələ də reanimasiyadadır

Xalq şairi Nəriman Həsənzadə hələ də reanimasiyadadır.

Bu barədə 1xeber.media-ya müalicəsi Mərkəzi Klinikada aparılan şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib.

“Nəriman Həsənzadənin müalicəsi hələ də Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır-stabil olaraq qalsa da, ümumilikdə müsbətə doğru irəliləyiş müşahidə olunur”, - o deyib.

Xatırladaq ki, 95 yaşlı N.Həsənzadə iyunun 26-sı xəstəxanaya yerləşdirilib.