1xeber.media Defence Research Wing (IDRW) portalına istinadən xəbər verir ki, Ermənistanın Hindistandan “Pralay” taktiki raket sisteminin 300 kilometrlik ixrac modifikasiyasını əldə etməyə hazırlaşdığı barədə məlumat ilk dəfə Hindistanın müdafiə sahəsində ixtisaslaşmış Defence Research Wing (IDRW) portalında dərc olunub.
1xeber.media-nın məlumatına görə, 11 may 2026-cı il tarixində yayımlanan “DRDO Working on 300 km Pralay Missile Variant as Armenia Talks Advance” başlıqlı məqalədə Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatının (DRDO) Ermənistan üçün 300 kilometrlik ixrac versiyası üzərində işlədiyi iddia olunur. Məqalədə həmçinin Yeni Dehli ilə İrəvan arasında bu raket sisteminin mümkün tədarükü ilə bağlı danışıqların irəliləmiş mərhələdə olduğu qeyd edilir. (IDRW)
Daha sonra həmin məlumat müxtəlif müdafiə yönümlü platformalar və sosial media hesabları tərəfindən də paylaşılıb. Bununla belə, xəbərdə yer alan iddialarla bağlı Hindistan Müdafiə Nazirliyi və ya DRDO tərəfindən rəsmi təsdiq verilməyib. (defence.in)
Nəticədə, mövcud hava hücumundan müdafiə sistemlərinin reaksiya müddəti azalır və onların ələkeçirmə imkanları əhəmiyyətli dərəcədə məhdudlaşır.
Ermənistanın “Pralay” kimi müasir hücum təyinatlı raket sistemini əldə etməyə maraq göstərməsi Cənubi Qafqazın təhlükəsizlik arxitekturası baxımından ciddi suallar doğurur. Rəsmi İrəvan son illərdə silahlı qüvvələrinin modernləşdirilməsi çərçivəsində Hindistandan “Pinaka” çoxlüləli reaktiv yaylım atəşi sistemləri, “Swathi” artilleriya aşkarlama radarları və “Akash” zenit-raket kompleksləri də daxil olmaqla bir sıra silah sistemləri tədarük edib.
Bu fonda “Pralay” kimi uzaqmənzilli zərbə vasitələrinin alınmasına yönəlmiş addımlar Ermənistanın hərbi planlaşdırmasının hansı istiqamətdə inkişaf etdiyini gündəmə gətirir.
İran və Gürcüstanla hərbi qarşıdurma yaşamayan, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirən Ermənistanın hücum potensialını genişləndirməsinin hansı təhlükəsizlik ehtiyaclarından irəli gəldiyi, eləcə də bu imkanların regionun hansı aktoruna qarşı nəzərdə tutulduğu ilə bağlı suallar aktuallığını qoruyur.
Hindistanın Ermənistanla hərbi-texniki əməkdaşlığını ardıcıl şəkildə genişləndirməsi də regional təhlükəsizlik mühitinə təsirləri baxımından diqqət çəkən məqamlardandır.
Yeni Dehlinin son illərdə həyata keçirdiyi silah ixracı layihələri təkcə ikitərəfli müdafiə əlaqələrinin dərinləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda Cənubi Qafqazda mövcud hərbi balansın dəyişməsinə təsir göstərə biləcək yeni imkanlar formalaşdırır.
Bu kontekstdə sözügedən əməkdaşlığın üçüncü dövlətlərin təhlükəsizlik maraqlarına mümkün təsirləri ayrıca qiymətləndirilməlidir.
“Pralay” raket kompleksinin Ermənistana mümkün ixracı Hindistan-Ermənistan müdafiə tərəfdaşlığını keyfiyyətcə yeni mərhələyə yüksəldə biləcək addım kimi qiymətləndirilə bilər. Bununla yanaşı, ixrac məqsədilə hazırlanacaq 300 kilometrlik modifikasiyanın istehsalı və tədarükü prosesində Hindistanın beynəlxalq ixrac nəzarəti mexanizmlərinə, xüsusilə də Raket Texnologiyalarına Nəzarət Rejiminin (MTCR – Missile Technology Control Regime) tələblərinə hansı səviyyədə riayət edəcəyi diqqətlə izlənilməsi vacib olan məsələlərdən biri olaraq qalır.