Fırıldaqçıların yeni üsulu:
Şəbəkə fırıldaqçıları rəsmi qeydiyyat rüsumundan yayınmaq üçün yüksək qiymətli telefonlara köhnə, sıradan çıxmış düyməli telefonların IMEI kodlarını köçürürlər. Vətəndaş telefonu alarkən sistemdə "qeydiyyatlı" olduğunu görsə də, rəsmi tənzimləyici qurumun yeni alqoritmləri bu saxtakarlığı avtomatik təsbit edir və telefon tamamilə bloka düşür.
Nə etməli?:
Mütəxəssislər xəbərdarlıq edir ki, ikinci əl və ya rəsmi zəmanəti olmayan mağazalardan telefon alarkən Dövlət Elektron Sistemində modelin adı ilə IMEI kodunun uyğun gəlib-gəlmədiyini mütləq yerindəcə yoxlamaq lazımdır.