Вернуться назад Распечатать

İnternetdə yeni onlayn kabus: Kuryer gəlmədən kartı sıfırlayan fırıldaqçılardan ŞOK ÜSUL

Onlayn alış-verişdə yeni kabus: "Kuryer çatdırılması" adı ilə kartları boşaldan gizli şəbəkə

Məlum olduğu kimi,son həftələr yerli elan saytlarında və sosial şəbəkələrdə əşya satan vətəndaşların hədəf alındığı yeni bir kibercinayətkarlıq növü kütləviləşib.
1xeber.media-ya müraciət edən bir neçə zərərçəkmiş şəxs məhsul satmaq istəyərkən bank kartlarındakı bütün pulların saniyələr ərzində oğurlandığını bildirib.
Saxta link tələsi:
Fırıldaqçılar özlərini real alıcı kimi təqdim edərək malı "kuryer çatdırılması" ilə almaq istədiklərini deyirlər. Daha sonra vətəndaşın nömrəsinə rəsmi poçt və ya kuryer şirkətlərinin (məsələn, Azərpoçt) loqosu olan saxta bir link göndərirlər. "Pulu bura daxil olaraq kartınıza qəbul edin" bəhanəsi ilə vətəndaşın kart məlumatlarını və 3D təhlükəsizlik kodunu (OTP) ələ keçirib hesabı tamamilə boşaldırlar.
Kiberpolis xəbərdarlığı:
Ekspertlər xəbərdarlıq edir ki, heç bir kuryer şirkəti pul qəbul etmək üçün satıcıdan kartın CVV kodunu və ya təsdiq şifrəsini tələb etmir. Naməlum şəxslərdən gələn linklərə kart məlumatlarını daxil etmək qətiyyən olmaz.