Вернуться назад Распечатать

“Kəpəz” braziliyalı hücumçu ilə yollarını ayırdı

“Kəpəz” futbolçusu Luis Paçu ilə yollarını ayırıb.

Klubdan 1xeber.media-ya verilən məlumata görə, braziliyalı hücumçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Luis Paçu ötən mövsüm “Kəpəz”in heyətində 29 oyun keçirib. 30 yaşlı hücumçu bu matçlarda 5 qolla yadda qalıb.