Türkiyənin paytaxtı Ankarada keçirilən NATO Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan alyans ölkələrini təhlükəsizlik sahəsində həmrəyliyi gücləndirməyə çağırıb.
1xeber.media xəbər verir ki, Ərdoğan bildirib ki, NATO yalnız hərbi gücünü artırmaqla kifayətlənməməli, eyni zamanda regional və qlobal münaqişələrin diplomatik yollarla həllinə də daha fəal töhfə verməlidir.
Türkiyə lideri çıxışında terrorizmlə mübarizə, Yaxın Şərqdə sabitliyin qorunması, Qara dəniz regionunda təhlükəsizlik və Ukraynadakı müharibənin yaratdığı risklərə də toxunub. O vurğulayıb ki, alyansın birliyi mövcud geosiyasi çağırışlar fonunda əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.
Sammit çərçivəsində müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi, müdafiə xərclərinin artırılması və yeni təhlükəsizlik strategiyası üzrə qərarların qəbul ediləcəyi gözlənilir.
Ankarada keçirilən görüşdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, tərəfdaş ölkələrin nümayəndələri, həmçinin müdafiə və xarici işlər nazirləri iştirak edirlər.