Вернуться назад Распечатать

NATO nümayəndə heyəti Ankarada Anıtkabiri ziyarət etdi

  NATO-nun Ankara Liderlər Sammiti ərəfəsində Şimali Atlantika Şurasının (North Atlantic Council) nümayəndə heyəti Anıtkabiri ziyarət edib.

1xeber.media xəbər verir ki, NATO-ya üzv ölkələrin alyans yanında daimi nümayəndələrindən ibarət heyət Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edərək ehtiramlarını ifadə edib.

Ziyarət zamanı nümayəndə heyəti Atatürkün mavzoleyinə əklil qoyub, bir dəqiqəlik sükutla onun xatirəsini yad edib. Daha sonra Anıtkabirdə təşkil olunan rəsmi mərasimdə iştirak edən diplomatlar Xatirə Kitabını da imzalayıblar.

Anıtkabirə səfər NATO Liderlər Sammiti çərçivəsində keçirilən rəsmi proqramın ilk tədbirlərindən biri hesab olunur. Sammitdə alyansa üzv ölkələrin dövlət və hökumət başçıları təhlükəsizlik, müdafiə əməkdaşlığı, regional böhranlar və NATO-nun gələcək strategiyası ilə bağlı mühüm müzakirələr aparacaqlar.

Ankarada keçirilən sammitin qlobal təhlükəsizlik gündəliyinə təsir edəcək mühüm qərarlarla yadda qalacağı gözlənilir.