Вернуться назад Распечатать

Dəməşqdə Makronun qalacağı otelin yaxınlığında partlayış baş verib (YENİLENİB)

Dəməşqdə Fransa prezidenti Emmanuel Makronun Suriyaya rəsmi səfəri zamanı qalacağı otelin yaxınlığında bir sıra partlayışlar eşidilib.

1xeber.media xəbər verir ki,  Reuters agentliyi bu barədə yerli təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb.

Məqalədə deyilir: "Fransa prezidenti Emmanuel Makronun Dəməşqdə qalacağı otelin yaxınlığında baş verən partlayış yerindən tüstü və alov qalxır".

Partlayışlardan sonra onların qeydə alındığı ərazidəki yolların bağlandığı bildirilib. Əlavə təhlükəsizlik tədbirləri də görülüb.

**

Suriya dövlət xəbər agentliyi SANA iyulun 7-də Suriya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Dəməşqin mərkəzində baş verən partlayışlarda dörd polis əməkdaşı da daxil olmaqla ən azı 18 nəfər yaralanıb.

Agentlik Telegram kanalında yazıb: "Dəməşqdə Turizm Nazirliyinin yaxınlığında iki partlayış baş verib, nəticədə dörd polis əməkdaşı da daxil olmaqla 18 nəfər yaralanıb."

Suriya Daxili İşlər Nazirliyi həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının Suriya paytaxtının mərkəzində əvvəlcədən partlayıcı qurğular aşkar etdiyini bildirib. Buna baxmayaraq, mütəxəssislər onları partlatmazdan əvvəl zərərsizləşdirə bilməyiblər.