Вернуться назад Распечатать

Peskov NATO-nun sammit öncəsi bəyanatlarını qarşıdurma ritorikası adlandırıb(VİDEO)

Ankarada keçiriləcək NATO sammitindən əvvəl bəzi ölkələr açıq şəkildə qarşıdurma xarakterli bəyanatlar veriblər.

1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov iyulun 7-də bildirib ki, Moskva nəticəni izləyəcək.

"Bu sammitə  hazırlıqlar kontekstində ölkəmizlə bağlı bir çox bəyanatlar eşitdik. Təəssüf ki, bunlar konstruktiv əməkdaşlıq və dialoq haqqında deyil, qarşıdurma xarakterli bəyanatlar idi", - deyə o bildirib.

Peskov əlavə edib ki, bu bəyanatlarla bağlı nəticələr Ankaradan ölkələr liderləri arasında konkret görüşlər və sammitdə qəbul edilən sənədlər barədə xəbərlər gəldikdən sonra çıxarıla bilər.