Ötən gün “Neftçi” və Serbiyanın “Partizan” klubu arasında keçirilən yoldaşlıq görüşündə dava düşüb.
1xeber.media xəbər verir ki, bakılıların futbolçusu Bassala Sambu və rəqib oyunçu Stefan Miriç əlbəyaxa davaya çıxıb.
Buna səbəb isə Miriçin Sambuya qarşı kobud oynaması olub.
Nəticədə hakim hər iki futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb.