Вернуться назад Распечатать

YAP-ın Xaçmaz təşkilatının sədrinin saxlanılması xəbəri yayılıb - YENİLƏNDİ

“Mənim saxlanılmağım barədə məlumat doğru deyil. Bu xəbəri kimsə məqsədli ötürüb. Mən YAP-ın rayon təşkilatının sədri idim. Artıq bu vəzifədən də getdim”.

Bunu Gununsesi.info-ya açıqlamasında saxlanılması barədə yayılan məlumatları şərh edən YAP Xaçmaz Təşkilatının sədri Məhəmməd Balaqadaşov deyib.

O, barəsində hər hansı istintaq hərəkətlərinin aparılıb-aparılmaması barədə suala isə belə cavab verib:”Mən bu dəqiqə sizlə danışıram. İnanmırsınızsa, gəlin Xaçmaza”.

×××

Hüquq-mühafizə orqanlarının  keçirdiyi əməliyyat zamanı YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov saxlanılması barədə xəbər yayılıb.

1xeber.media xəbər verir ki,Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Məhəmməd Balaqdaşov bir sıra cinayətlərdə ittiham olunur.

Bildirilir ki, onun saxlanılmasından dərhal sonra  isə YAP  Balaqadaşovu  Xaçmaz Rayon Təşkilatının sədri vəzifəsindən uzaqlaşdırıb.

Xatırladaq ki, bir neçə gün öncə Gununsesi.info-nun “Mövlam Şıxəliyevin məşhur restoranının daha bir şəriki varmış – MÜSADİRƏYƏ GEDİR…”      başlıqlı xəbərində sabiq MTN generalına məxsus məşhur “Çoban Bulağı” restoranının bir sahibi kimi Məhəmməd Balaqdaşovun adı çəkilirdir.

Məhəmməd Balaqadaşovun saxlanma səbəbi isə onun bir sıra korrupsiya cinayətlərində təqsirli bilinməsidir.

 Xəbərə aydınlıq gətirmək üçün Gununsesi.info əməkdaşı onun özüylə əlaqə saxlamaq istəsə də, amma telefonun dəstəyini qaldıran olmayıb.

Saytımızın araşdırması zamanı sabiq YAP sədrinin PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevlə sıx əlaqələrinin olması üzə çıxıb.