Вернуться назад Распечатать

Elşən Həsənli aqroparkların və iri təsərrüfatların rəhbərləri ilə görüş keçirib

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli aqroparkların və iri təsərrüfatların rəhbərləri ilə görüş keçirib.

1xeber.media xəbər verir ki,görüş zamanı rayonda aqrar sektorun mövcud vəziyyəti, xüsusilə pambıqçılıq, taxılçılıq və digər prioritet sahələrdə görülən işlər, suvarma suyunun səmərəli bölüşdürülməsi və məhsuldarlığın artırılması istiqamətində atılan addımlar yaxından nəzərdən keçirilib.
Daha sonra 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görüləcək işlər barəsində geniş söhbət aparılıb.