Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları üçün geyimlərinin satın alınması prosesinə start verib.
1xeber.media xəbər verir ki, bununla bağlı elan edilmiş tenderin nəticəsi dünən açıqlanıb.
Məlum olub ki, tenderin qalibi “TEYMUR COLLECTION” MMC olub. DGK sözügedən şirkətlər 637 min 330 manatlıq müqavilə bağlayıb.
Tenderin şərtlərinə əsasən DGK işçilərinə yay və qış ayları üçün kostyumlar, köynəklər, ayaqqabılar, habelə geyim üzərindən vurulmaq üçün şevronlar alacaq.
Onu da bildirək ki, DGK bu malların alınması üçün 1 milyon 592 min 885 manatlıq büdcə müəyyən edibmiş. Lakin “Teymur Collection” həmin işləri 637 min həll edə biləcəyini öhdəsinə götürüb.
tribuna.az