Вернуться назад Распечатать

Ərdoğan NATO ölkələrinə çağırış etdi: Müdafiə sənayesində məhdudiyyətlər ləğv edilsin

1xeber.media xəbər verir ki, NATO-nun Ankarada keçirilən Liderlər Zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müttəfiq ölkələrə müdafiə sənayesi sahəsində tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması çağırışı edib.  

Ərdoğan bildirib ki, NATO daxilində bəzi ölkələrə tətbiq edilən ixrac və texnologiya məhdudiyyətləri alyansın birliyinə zərbə vurur. Onun sözlərinə görə, təhlükəsizlik sahəsində əməkdaşlıq siyasi maneələrdən kənarda saxlanılmalıdır.  

Türkiyə Prezidenti həmçinin ölkəsinin müdafiə xərclərini 2030-cu ilədək ÜDM-in 5 faizinə çatdırmağı planlaşdırdığını açıqlayıb. O qeyd edib ki, bunun tərkib hissəsi kimi Türkiyənin “Steel Dome” hava hücumundan müdafiə layihəsinə 24 milyard dollarlıq əlavə investisiya ayrılacaq.  

Beynəlxalq müşahidəçilər hesab edirlər ki, bu çağırış NATO daxilində müdafiə sənayesi əməkdaşlığının gələcək istiqamətlərinə təsir göstərə bilər. Xüsusilə Türkiyənin Avropa təhlükəsizlik layihələrində daha fəal iştirak etmək istəyi sammitin əsas siyasi mesajlarından biri kimi qiymətləndirilir.