Вернуться назад Распечатать

"Azərbaycan qayçını götürüb..." - Paşinyan

"Əgər qayçı götürüb xəritəni kəssək, Azərbaycan Cermuk, Tavuş, Berkaber və digər ərazilərin bir hissəsini kəsəcək". 

1xeber.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib. 

"Çünki qayçını götürüb onu kəssək, Azərbaycan da qayçını götürüb Tavuşun Cermuk hissəsini, Berkaber hissəsini, digər hissələri və sair kəsəcək", - deyə o qeyd edib.

Paşinyan bildirib ki, Ermənistan konstruktiv mövqedədir və heç bir qorxusu yoxdur: "Çünki vəziyyət əks olunur, Artsvaşen (Başkənd - red.) var, başqaları da var və Artsvaşen üçün həll yolu veriləcəyi kimi, digərləri də eyni şəkildə veriləcək.

Çambərəkdə apardığımız təmaslar zamanı insanlar, o cümlədən Artsvaşen sakinləri iki fikir bildirdilər. Bəziləri kəndin bərpa olunacağı və yaşaya biləcəyimiz bir nöqtəyə çatmalı olduğumuzu söylədi, eyni zamanda illər keçib, gəlin ərazinin tarazlığı pozulmasın və yenidən köçməyə ehtiyac qalmasın deyənlər də oldu".

Paşinyan əlavə edib ki, hər iki baxış nöqtəsi var, lakin bu, əlavə müzakirə və razılaşma məsələsidir. O,  hazırda heç bir razılaşma, qərar və ya işarə olmadığını bildirib: "Qeydlər göstərir ki, həmin ərazilər demarkasiyanın əsasını təşkil edən xəritələrdə ifadə olunur və qayçını götürüb xəritələrin həmin hissələrini kəsmək ölümcül bir səhv olardı. Bu, qayçını götürüb xəritənin kəsilməsi aktını qanuniləşdirmək demək olardı. Biz bunu etməyəcəyik".