İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq.
1xeber.media xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, buna səbəb təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.
“Sabah 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərəbad və Masallı rayonunun Bədalan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - məlumatda deyilir.