İspaniyanın Almeriya əyalətində baş verən meşə yanğını nəticəsində 12 nəfər həlak olub.
1xeber.media xəbər verir ki, bu barədə “El País” qəzeti məlumat yayıb.
Məlumata görə, yanğına magistral yol yaxınlığında elektrik kabelinin qırılaraq yerə düşməsi səbəb ola bilər. Alov qısa müddətdə yaxınlıqdakı meşə sahəsinə yayılıb.
Yanğının söndürülməsinə təxminən 300 nəfər, o cümlədən fövqəladə hallar xidmətlərinin əməkdaşları və hərbçilər cəlb olunub.