Вернуться назад Распечатать

“SpaceX” şirkəti “Starship”in 13-cü sınaq uçuşunun vaxtını açıqlayıb

Amerikanın “SpaceX” şirkəti iyulun 16-da “Starship” kosmik gəmisinin prototipi ilə daşıyıcı raketin yeni sınaq buraxılışını həyata keçirmək niyyətindədir.

1xeber.media xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb. Uçuşun təxminən bir saat davam etməsi gözlənilir. Bu müddət ərzində şirkət gəmidən 20 ədəd V3 Starlink rabitə peykini buraxmağı planlaşdırır.