1xeber.media xəbər verir ki, Moskvanın Troitski Rayon Məhkəməsi televiziya şoularının iştirakçısı və bloqer Diana Şurıginanı həbsdən azad etməyib. Məlumatı Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti yayıb.
İstintaq məhkəmə iclası zamanı Şurıginanın istintaq təcridxanasında saxlanma müddətinin avqustun 19-dək uzadılmasını istəyib.
Hakim təqdim olunan arqumentləri qiymətləndirərək istintaqın vəsatətini təmin edib.
Məlumata görə, Şurıgina may ayında pornoqrafik materialların yayılması ilə bağlı açılmış cinayət işi çərçivəsində ev dustaqlığına göndərilmişdi. Lakin iyulun əvvəlində istintaqın müraciəti əsasında onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qərarı verilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayət işi Şurıginanın idarə etdiyi Telegram kanalında intim foto və videoların yayımlanmasından sonra başlanıb.