Вернуться назад Распечатать

ABŞ-ın İrana yeni hava zərbələri endirdiyi bildirilir

1xeber.media xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin İrana qarşı yeni hava zərbələri endirdiyi iddia olunur. Bu barədə ABC telekanalı adı açıqlanmayan amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.

Məlumata görə, hücumların bir neçə saatdır davam etdiyi bildirilir. Lakin hansı obyektlərin hədəfə alındığı və zərbələrin nəticələri barədə ətraflı məlumat verilməyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilərin İranın Hörmüz boğazı bölgəsində hərbi potensialını məhv etmək məqsədi ilə zərbələr endirdiyini açıqlamışdı.

Qeyd edək ki, xəbərdə yer alan məlumatlar ABŞ mənbələrinin açıqlamalarına əsaslanır.