Вернуться назад Распечатать

ABŞ Ukraynaya yardım səbəbindən artilleriya mərmilərinin istehsalı planını yerinə yetirə bilməyib

1xeber.media xəbər verir ki, ABŞ Ukraynaya yüksək həcmdə artilleriya mərmiləri tədarük etdiyi üçün 155 millimetrlik mərmilərin istehsalını artırmaq planını tam həyata keçirə bilməyib. 

Hesabatda bildirilir ki, ABŞ ordusu ayda 100 min ədəd mərmi istehsal etmək məqsədi qoysa da, real göstərici yalnız 36 min mərmiyə çatıb.

Sənəddə qeyd olunur ki, ABŞ Ukraynaya ümumilikdə 3 milyondan çox artilleriya mərmisi təqdim edib.

Pentaqonun hesabatında həmçinin bildirilir ki, istehsal müəssisəsi müqavilə tələblərinə uyğun heç bir mərmi metal hissəsi hazırlaya bilməyib. Sənədə əsasən, bu məqsədlə xərclənən 469 milyon dollar vəsait ordunun və ya Müdafiə Nazirliyinin digər prioritet istiqamətlərinə yönəldilə bilərdi.

Bundan əvvəl Almaniyanın müdafiə sənayesi konserni Rheinmetall Ukraynaya Unterlyus şəhərindəki zavodundan ilk artilleriya mərmiləri partiyasını göndərdiyini açıqlamışdı.