Вернуться назад Распечатать

Fransa - İspaniya matçının ən yaxşısı seçildi

2026-cı il dünya çempionatının yarımfinalında keçirilən Fransa - İspaniya oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

1xeber.media xəbər verir ki, mükafata İspaniya millisinin müdafiəçisi Pedro Porro layiq görülüb.

O, komandasının 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada ikinci qolu vurub.

Qeyd edək ki, İspaniya bu qələbədən sonra dünya çempionatının finalına yüksəlib.