Mərkəzi Bankın əsas faiz dərəcəsini azaltması rusiyalıların gəlirlərinə təsir göstərib.
1xeber.media xəbər verir ki, Rusiyada 2026-cı ilin birinci rübündə əhalinin real sərəncamında qalan gəlirləri 1 faiz azalıb.
Mütəxəssislərin fikrincə, bu dinamikanın əsas səbəblərindən biri Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsini 16 faizdən 14,25 faizə endirməsi olub. Nəticədə bank əmanətləri üzrə faiz gəlirləri azalıb.
Bununla yanaşı, ölkənin ən iri kredit təşkilatlarında əmanətlər üzrə maksimal gəlirlilik yanvar ayında qeydə alınan 15,1 faizdən iyun ayında 12,8 faizə enib.
Ekspertlər bildirirlər ki, əhalinin real gəlirlərinin azalmasına inflyasiya, kommunal xidmət tariflərinin bahalaşması, yüksək kredit faizləri və əməkhaqlarının artım tempinin zəifləməsi də təsir göstərib.
Bundan əvvəl Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Pyotr Şerbaçenko ölkədə əmanətlər üzrə rekord gəlirlilik dövrünün tədricən başa çatdığını bildirib. Bununla belə, onun sözlərinə görə, bəzi iri banklar mövcud müştəriləri saxlamaq və yenilərini cəlb etmək məqsədilə əmanətlər üzrə şərtləri qismən yaxşılaşdırmağa başlayıblar.