Вернуться назад Распечатать

Kreml ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarla bağlı bəyanatlarını şərh edib

1xeber.media xəbər verir ki, Kreml ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalarla bağlı səsləndirilən bəyanatları diqqətlə izləyir və təhlil edir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

"Sanksiya məsələsinə gəldikdə, biz həm işçi səviyyəsində, həm də ABŞ Prezidenti Donald Tramp səviyyəsində səsləndirilən bu sanksiyalarla bağlı bəyanatları diqqətlə dinləyir, qeydə alır və təhlil edirik. Hadisələrin inkişafından asılı olaraq mövqeyimizi müəyyənləşdirəcəyik", – deyə Kremlin nümayəndəsi bildirib.

Bundan əvvəl Donald Tramp Konqresdə hazırlanmış Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin imzalanması ehtimalının yüksək olduğunu açıqlamışdı.