Вернуться назад Распечатать

Rusiyada Ukraynanın adının "Rus" olaraq dəyişdirilməsi təklifinə münasibət bildirilib

1xeber.media xəbər verir ki, Rusiya Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin birinci müavini Aleksandr Şolohov Ukraynanın adının "Rus" olaraq dəyişdirilməsi təklifini şərh edib.

Deputat "Lenta.ru"-ya açıqlamasında bildirib ki, Ukraynada real vəziyyətdən diqqəti yayındırmaq üçün müxtəlif informasiya mövzuları gündəmə gətirilir.

"Şübhəsizdir ki, onlara diqqəti istənilən informasiya bəhanəsinə yönəltmək lazımdır. Buna görə də tamamilə absurd fikirlərdən başlayaraq, müəyyən qədər tarixi kökləri olduğu iddia edilən belə təkliflərə qədər müxtəlif ideyalar ortaya atırlar. Eyni zamanda, tarixə hərfi yanaşsaq, xüsusilə də indiki Ukraynanın qalan ərazisini nəzərə alsaq, bu iddianın tam əsaslı olmadığı açıq görünür", – deyə Şolohov bildirib.

Deputat hesab edir ki, informasiya məkanında bu cür ideya və təkliflər gələcəkdə də ortaya çıxacaq.

Onun sözlərinə görə, belə məlumatların yayılmasında məqsəd vətəndaşların diqqətini real həyatda baş verən hadisələrdən yayındırmaqdır.