Вернуться назад Распечатать

ABŞ yenidən İranı vurmağa başladı

ABŞ İran ərazisinə növbəti zərbələr dalğasına başlayıb. 

1xeber.media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Bu gün saat 06:00-da (Bakı vaxtı ilə 14:00 - red.) ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana bir sıra zərbələr endirməyə başlayıb. Onlar Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək üçün istifadə olunan İran qüvvələrinin hərbi potensialını daha da zəiflətmək məqsədi daşıyır”, - məlumatda deyilir.