Вернуться назад Распечатать

Nazir müavini: “Bir Pəncərə” sistemi Azərbaycanın rəqəmsal logistika ekosisteminin əsas platformasına çevriləcək

Azərbaycanın nəqliyyat və logistika sektorunda həyata keçirilən rəqəmsal transformasiya ölkənin beynəlxalq yükdaşımalarında rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

1xeber.media xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bir Pəncərə" Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Bir Pəncərə” informasiya sisteminin yaradılması barədə Fərman dövlət xidmətlərinin vahid rəqəmsal mühitdə təqdim olunmasına, dövlət informasiya sistemlərinin inteqrasiyasına və xarici ticarət proseslərinin tam rəqəmsallaşdırılmasına yeni imkanlar yaradıb.

“Bir Pəncərə” informasiya sistemi logistika ekosisteminin bütün iştirakçılarını vahid platformada birləşdirərək yükdaşımalarının planlaşdırılması, icazələrin alınması, məlumat mübadiləsi və logistika xidmətlərinin daha operativ təşkilini təmin edəcək”, - deyə nazir müavini qeyd edib.