1xeber.media xəbər verir ki, rusiyalı siyasətçi Boris Nadejdin xaricə səfər etməsinə qadağa qoyulduğunu açıqlayıb. O, bu barədə özünün Telegram kanalında məlumat yayıb.
"Mənə ölkədən xaricə çıxış qadağası ilə bağlı qərar gəlib. Vəkillərlə birlikdə məsələni araşdırırıq", – deyə Nadejdin yazıb.
Siyasətçinin sözlərinə görə, vəkilləri bu qərarın qanuni olmadığını bildiriblər. O, həmçinin çıxış qadağasına etiraz etmək niyyətində olduğunu qeyd edib.
Məlumata görə, iyulun 13-də Nadejdin saxlanılıb. Vəkili Dmitri Trunin bildirib ki, saxlanılmaya səbəb siyasətçinin internetdə ekstremist simvollardan istifadə etməsi ilə bağlı olub. Bundan üç gün əvvəl isə Nadejdin Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" kimi tanınıb.
Nadejdin 2024-cü ildə Rusiyada keçirilən prezident seçkilərində iştirak etməyi planlaşdırırdı. Lakin Mərkəzi Seçki Komissiyası onun namizədliyinin qeydiyyatından imtina edib. Səbəb kimi siyasətçinin tələb olunan sayda seçici imzası toplaya bilməməsi göstərilib. Qanuna əsasən minimum 300 min imza tələb olunurdu, Nadejdin isə 100 mindən az imza təqdim etmişdi.
Qeyd edək ki, Nadejdinlə bağlı qərarlar Rusiya hakimiyyəti tərəfindən qəbul edilib və siyasətçi bu qərarlara hüquqi qaydada etiraz edəcəyini bildirib.