Вернуться назад Распечатать

Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - XİN

Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib.

1xeber.media  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq:

“Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”