Вернуться назад Распечатать

Oğuzxan Uğur saxlanıldı

Türkiyədə Babala TV-nin təsisçisi Oğuzxan Uğur saxlanılıb.

1xeber.media xəbər verir ki, o, "Ahbap" Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.

Xatırladaq ki, "Ahbap" Dərnəyinin sədri, müğənni Haluk Levent də iyulun 12-də saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Ümumilikdə indiyədək bu iş çərçivəsində 18 nəfər tutulub.